AZ

“Yunayted” onu şirnikləndirir: 80 milyonluq təklif

Bu yay "Mançester Yunayted" "Barselona"nın 25 yaşlı mərkəz müdafiəçisi Ronald Arauxonu almaq niyyətindədir və onun üçün 80 milyon avrodan çox təklif etməyə hazırdır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Mənbənin sözlərinə görə, son bir neçə həftədə "qırmızı şeytanlar" uruqvaylı futbolçuya marağı daha da artırıb. Vurğulanır ki, Arauxo hazırda Kataloniya klubu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır, lakin İngiltərə klubu daha əlverişli maliyyə şərtləri təklif edir.

Xatırladaq ki, Arauxo bu mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib və bir qol vurub. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
milli.az

2Mənbələr