AZ

Protokol: "Teknolpolitano construction" statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatları təqdim etməyib

"Teknolpolitano construction" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

 İş Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 29 Aprel 2024, 08:28   
Seçilən
78
7
Mənbələr
Şərh ()
Bağla