Aktyor, müğənni və aparıcı Sərxan Kərəmoğlu ötən gün əməliyyat olunub.
News24.az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda Sərxan sosial şəbəkə hesabında məlumat yayıb.
Əməliyyat masasından çəkilən görüntülərini izləyiciləri ilə bölüşən Kərəmoğlu böyrəklərində yaranmış problemi cərrahi müdaxilə ilə aradan qaldırıb:
"Elə bir çətin problemim var idi ki,... Əgər Moskvada əməliyyat olunsaydım bir həftə bir əlimdə torba bir əlimdə sistem o dəhlizdə gəzəcəkdim. Həkimim əməliyyatı bu gün etdi. İki gün sonra konsertim idi. Əməliyyatla böyrəyimdə olan stent çıxarıldı. Qoz kimiyəm..."