Məhkəmə cəriməni ödəmədiyi üçün rusiyalı pop kralı Filip Kirkorova ikiqat cərimə kəsib.
Milli.Az lent.az-a istinadən bildirir ki, Moskvanın Taqanski rayonunun 371-ci məhkəmə dairəsinin magistratura hakimi Filipp Kirkorovun inzibati işi üzrə qərar qəbul edib. Müğənni inzibati cəzanın icrasından yayınmaqda təqsirli bilinib.
Rusiyanın xalq artisti 3 min rubl cərimə ödəmədiyinə görə o, ödənilməmiş cərimənin iki qatını - 6 min rubl ödəməli olacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun