AZ

PSJ-nin 12-ci çempionluğu rəsmiləşdi

Fransa Liqa 1-də 31-ci tura yekun vurulub.



Komanda.az xəbər verir ki, son gündə “Mets” evdə “Lill”ə, “Loryan” “Tuluza”ya, “Strasburq” “Nitsa”ya, “Renn” isə “Brest”ə uduzub.



Marsel “Olimpik”i “Lans”ı, “Klermon” “Reyms”i xalsız yola salıb. Lion “Olimpik”inin qonağı olan “Monako” isə turu məğlubiyyətlə başa vurub. Monakoluların yenilgisi lider PSJ-nin növbəti çempionluğunun rəsmiləşməsi ilə nəticələnib. Sona 3 tur qalmış 70 xala malik Paris təmsilçisi bütün rəqibləri üçün əlçatmaza çevrilib.



Qeyd edək ki, bu, PSJ-nin sayca 12-ci çempionluqdur.



Fransa Liqa 131-ci tur26 aprel



Monpelye – Nant 1:1Qollar: Adams, 2 – Abline, 7.



27 aprel



PSJ – Havr 3:3Qollar: Barkola, 29. Hakimi, 78. Q.Ramos, 90+4 – Operi, 19. Ayyu, 38. Ture, 61-pen.



28 aprel



Mets – Lill 1:2Qollar: Mikautadze, 23-pen – İsmaili, 31. Y.Yazıcı, 44.



Klermon – Reyms 4:1Qollar: Çam, 31-pen; 56. Raşani, 79; 90 – Reyms, 33.



Loryan – Tuluza 1:2Qollar: Ponso, 19 – Dallinqa, 59. Sissoko, 83.



Strasburq – Nitsa 1:3Qollar: Bakva, 18 – Gessan, 44. Dante, 52.



Renn – Brest 4:5Qollar: Kalimuendo, 4; 9. Teate, 68. Terrye, 79 – Munye, 11. Omari, 48-öz qapısına. Satriano, 54. Kamara, 66. Brassye, 90+5.



Olimpik (Lion) – Monako 3:2Qollar: Lakazette, 22. Benrahma, 26. Fofana, 84 – Ben Yedder, 1; 60.



Olimpik (Marsel) – Lans 2:1Qollar: Obameyanq, 1. Qeye, 85 – Said, 77.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərfransa liqa 1

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
2
komanda.az

3Mənbələr