AZ

PSJ vaxtından əvvəl Fransa çempionu oldu

PSJ Fransa Liqa 1-in qalibi olub.

Paris komandası çempionatın bitməsinə üç tur qalmış titul ala bilib.

Bu gün, aprelin 28-də Fransa Liqa 1-də 31-ci turun “Lion” və “Monako” komandalarının qarşılaşdığı matç baş tutub. Görüş Lionda (Fransa) “Qrupama” stadionunda keçirilib. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, bugünkü oyundan sonra “Monako” 58 xalla qalıb. Fransa çempionatında mövsümün başa çatmasına üç tur qalmış turnir cədvəlinin ikinci pilləsində qərarlaşan moneqasklılar PSJ-dən 12 xal geri qalıblar. Bu, Paris klubuna Liqa 1-in çempion titulunu təmin edib.

Xatırladaq ki, PSJ üç mövsümdür Liqa 1-də qızıl medallar qazanır.

Mənbə: champinat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
19
oxu.az

10Mənbələr