AZ

Neftçalalı süni göldə batıb...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəlb edilib.

Dalğıc qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü Nəcəfov Azad Tahir oğlunun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
40
sia.az

10Mənbələr