AZ

“Ferrari” “Lamborghini”yə qarşı: Krossoverlərin yarışında hansı qalib gəldi? - VİDEO

İtaliyanın məşhur “Ferrari” və “Lamborghini” brendlərinin krossoverləri düz xətt üzrə yarışıblar.

Yarışların videosu “Carwow” “YouTube” kanalında yayımlanıb.

Avtomobillərdən biri - 2022-ci ildə təqdim olunan “Ferrari Purosangue” 725 at gücü hasil edən 6,5 litrlik atmosferli V12 mühərriki ilə işləyir.

Ona qarşı trasa 100 km/saata 3,3 saniyəyə sürətlənən, 666 at qüvvəli mühərrikə malik “Lamborghini Urus Performante” krossoveri çıxıb.

Yarışda “Ferrari” qalib gəlib, lakin finiş xəttindəki fərq minimal olub.

oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
Mənbələr
Şərh ()
Bağla