AZ

“Belə nəticələrlə öz imicimizi aşağı salmış olduq”

Misli premyer-liqasının 32-ci turunda “Qəbələ” “Kəpəz”ə 0:1 hesabıyla məğlub olub.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Danışmaq çox çətindi. Qol imkanlarımızı dəyərləndirə bilmədik. Kobud səhvdən qol buraxdıq. Bu, tək bugünkü oyuna aid deyil. Mövsüm ərzində bir çox matçlarda belə olub. Fakt isə faktlığında qalır. Təəssüf ki, sonuncu yerdəyik”.


- Gələcəklə bağlı planlarınız nədi?
- Bu gün üçün bir şey deyə bilmərəm. Klub rəhbərliyi ilə yaxşı münasibətimiz var. Gələcəklə bağlı müzakirələr olacaq. 15 il baş məşqçi işləmişəm. Karyeram ərzində 55-60 faiz qələbə göstəricisi var. Amma belə nəticələrlə öz imicimizi aşağı salmış olduq. Qapı xəttindən futbolçu qol vura bilmirsə... İstərdim ki, məsuliyyəti öz üzərimə götürüm. Amma belə vəziyyətdə götürə də bilmirəm. Bura kömək etmək üçün gəlmişdik. Amma nəticə olaraq özümüzü "öldürmüş" olduq.

- Sizcə, AFFA "Qəbələ"nin premyer-liqada qalması üçün idman prinsiplərini pozmalıdı?
- Federasiyadan gözləntim, istəyim yoxdu. Mən kiməm ki? Baş məşqçiyəm. Qalıb-qalmayacağımla bağlı sual bu gün bilinmir. "Qəbələ"nin növbəti mövsüm harada oynayacağından, şərtlərindən, şəraitindən, klubun ambissiyalarından asılı olan məsələdi. Azarkeşlərdən üzr istəyirəm. Bura çox böyük ümidlə gəlmişdik. Amma bu, baş vermədi. Avropa Liqasının qrupunda oynamış komanda üçün bu durum faciədi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
2

1Mənbələr

Şərh ()
Bağla