AZ

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb.
 
Ednews xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb.
 
“Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayevo kəndinin yaxınlığında “Chevrolet Lanos” və “VAZ-21010” markalı avtomobillər toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində biri həddi-büluğa çatmamış şəxs olmaqla üç nəfər ölüb, biri azyaşlı olmaqla yaralanan dörd nəfər xəstəxanaya yerləşdirilib”, – mətbuat xidməti bildirib.
 
Eyni zamanda, qeyd olunub ki, yaralananlardan biri sonradan vəfat edib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Xatırladaq ki, daha əvvəl eyni regionda çoxsaylı ölümlə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi olmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
50
Mənbələr
Şərh ()
Bağla