AZ

MLS tarixində İLK: Messiyə görə tamaşaçıların sayı 65 612 oldu

MLS-in adi mövsümündə "New England Revolution" və "İnter Mayami" arasında qarşılaşma baş tutub.

Bizim.Media xəbər verir ki, görüş Mayami təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın əsas qəhrəmanlarından biri də qalib komandanın kapitanı Lionel Messi olub. Argentinalı 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

"Gillette" stadionunda tamaşaçıların sayı 65 612 olub. Bu rəqəm liqa tarixində rekord sayılır. Bundan əvvəl ən yüksək göstərici 2002-ci ilin oktyabrında "Los Anceles Qalaksi"nin matçında qeydə alınıb - 61 316.

Bu cür ajiotajın yaranmasına səbəb isə məhz Messinin heyətə salınmasıdır.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
4
bizim.media

5Mənbələr