AZ

Bakıda restoranda yanğın olub: 3 nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış 1 ədəd kompressor yanıb.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Vurğulanıb ki, yanğın zamanı 3 nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib.

Digər kompressorlar və restoran yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
29
oxu.az

10Mənbələr