AZ

"Qəbələ"nin mövsümü sonuncu yerdə bitirəcəyi rəsmiləşdi

2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasını tərk edəcək komandanın adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, “Qəbələ”nin sonuncu olması dəqiqləşib.

XXXII turda “Kəpəz”lə qarşılaşan komanda öz meydanında 0:1 hesabı ilə uduzub. Ən yaxın rəqibindən 15 xal geri qalan “Qəbələ” tarixində ilk dəfə güclülər dəstəsini tərk edəcək.

“Qırmızı-qaralar” 2006/2007 mövsümündən Azərbaycan çempionatının əsas liqasında çıxış edir. Bu müddət ərzində “Qəbələ” 2 dəfə gümüş, 3 dəfə isə bürünc medalını qazanıb, 2 dəfə isə Azərbaycan kubokunun qalibi olub.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi “Qəbələ”nin çempionatda saxlanılmasına qərar verə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1

1Mənbələr

Şərh ()
Bağla