AZ

Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuzrayonu, Yanıqlı kəndi ərazisində bir nəfərin köməksiz vəziyyətdəqalması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in TovuzRayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləriəraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olubki, 1989-cu il təvəllüdlü Rüstəmov Ceyhun Tofiq oğlu dərinliyi 100metr olan dərədə köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər alpinist ləvazimatlarının köməyiilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvilveriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
21

1Mənbələr

Şərh ()
Bağla