AZ

Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirdi

Kreml Polşanın öz ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu açıqlamasına münasibət bildirib.   Manset.az APA-ya istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşanın həmişə arabadan öndə olmağa çalışdığını söyləyib. "Mənə elə gəlir ki, hətta bu bəyanatlar ABŞ-də və bir sıra digər Avropa paytaxtlarında qorxuya səbəb olub, çünki onlar belə planlarının olmadığını söyləməyə tələsiblər", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Polşa prezidenti Anjey Duda "Fakt" nəşrinə müsahibəsində hakimiyyətin ölkə ərazisində ABŞ-ın nüvə silahlarını yerləşdirməyə hazır olduğunu söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
4

1Mənbələr

Şərh ()
Bağla