AZ

İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşeklə “COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri” ətrafında fikir mübadiləsi aparıb.

 

Bu barədə ölkənin baş iqtisadçısı sosial şəbəkədə bildirib.

 

“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə görüşdük. Ölkəmizin qlobal iqtisadi çağırışların həllində fəal mövqeyi, aşağı karbonlu biznes həllərinin tətbiqi, COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri, əlverişli işgüzar mühit, özəl sektorun inkişaf trendləri barədə danışdıq”, – o yazıb.

Tarix: 28 Aprel 2024, 14:03   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
11

1Mənbələr

Şərh ()
Bağla