AZ

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alındı

Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində özbaşına tikililərin və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər aparılır.

Rayon icra hakimiyyətindən Yenicag.az-a bildirilib ki, növbəti monitorinq zamanı Qəbələ şəhəri ərazisində vətəndaş tərəfindən zəbt edilərək çəpərlənmiş Qəbələ bələdiyyəsinə məxsus 0,2 hektar torpaq sahəsində söküntü işləri aparılaraq ərazi boşaldılıb.

Aidiyyəti qurumlar bir daha vətəndaşların diqqətinə çatdırır ki, mülkiyyətində olmayan torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
4

1Mənbələr

Şərh ()
Bağla