AZ

Britaniya ordusu 2030-cu ilə qədər hipersəs raketinə sahib ola bilər

Böyük Britaniya öz silahlı qüvvələrini yerli istehsalı olan hipersəs qanadlı raketlə təchiz etməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti xəbər verib.

"Müdafiə Nazirliyi israr edir ki, yeni silahlar tamamilə Böyük Britaniyada layihəlindirilərək istehsal olunacaq və onların xidmətə girməsi üçün 2030-cu ilə qədər son tarix müəyyən edilib", - deyə bildirilib.

Qeyd olunub ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak bu layihəni növbəti 6 il ərzində müdafiə büdcəsinin 75 milyard funt sterlinq artırılmasının planlaşdırılan sahələrindən biri kimi müəyyənləşdirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
4
milli.az

6Mənbələr