Bakı. Trend:
Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə “WTT YouthContender” turnirində qızıl medal qazanıb.
Trend İdman.biz-ə istinadənxəbər ki, o, Fransanın Mets şəhərində keçirilən yarışda fəxrikürsünün ən yüksək pilləsində yer alıb.
Qrup mərhələsində maksimum nəticə göstərən Quluzada 1/4 final vəyarımfinalda yerli tennisçiləri məğlub edib. Onur həlledici görüşdəispaniyalı rəqibinə qalib gələrək, qızıl medala yiyələnib.
Qeyd edək ki, Onur 4 gün əvvəl Belçikada Spa şəhərində keçirilənanaloji turnirdə bürünc medala layiq görülüb. Digər təmsilçimizYağmur Məmmədli isə mükafatçılar sırasına düşə bilməyib.