AZ

Bu meyvənin tumu botoks effekti verir

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər.Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, elmi araşdırmalara görə, avokadonun tumu dəriyə botoks effekti verir.Avokado tumunun sərt quruluşda olması onun istifadəsini çətinləşdirir. Buna görə bir çox insan bu tuma heç əhəmiyyət vermədən atır. Lakin dermatoloqlar dəri üçün ən faydalı vasitələrdən biri olduğunu deyirlər. Belə ki, dərini bərpa edən tum yeni hüceyrələrin meydana gəlməsini də dəstəkləyir.Avokado tumu, həmçinin dərinin səthindən ölü hüceyrələri təmizləyir, məsamələri daraltma qabiliyyəti sayəsində yeni sızanaqların əmələ gəlməsinin qarşısını alır.Xüsusilə ləkələri azaltmağa kömək etdiyi üçün daha parlaq və qüsursuz dəri görünüşü əldə etmək istəyənlər üçün əvəzolunmazdır.Tərkibindəki Omeqa-3, Omeqa-6 və Omeqa-9 yağ turşuları dərinin əsas ehtiyaclarını ödəyir.Avokado tumu ilə zeytun yağının birləşməsi sayəsində dəri və saç problemlərindən xilas olmaq çox asandır.Bir çox insanı maraqlandıran məsələ isə avokado tumunun kollagen təsiridir. Müəyyən yaşdan sonra orqanizmdə kollagen istehsalı azalmağa başlayır və arzuolunmaz qırışların əmələ gəlməsinə səbəb olur. Yaşlanma əlaməti sayılan bu halları yüngülləşdirmək üçün avokado toxumundan istifadə edə bilərsiniz. O, kollagen ehtiyacını tam ödəyərək dərini sıxır, sallanmaların qarşısını alır.Avokado tumunun kollagen təsirindən faydalanmaq üçün onu zeytun yağı ilə birgə istifadə etmək lazımdır. Dərinin kollagen ehtiyacı qarşılanır və parlaqlığı təmin edilir. Dəri botoks effekti əldə edərək dartılmağa başlayır.Avokado tumundan əl və üz baxımında istifadə edərək nəmləndirici ehtiyacınızı da qarşılaya bilərsiniz. Avokado yağında olan nəmləndirici xüsusiyyət quru və zədələnmiş saçlar üçün də idealdır. Saç köklərinə nüfuz edir, onları içəridən nəmləndirir və saçları yumşaldır. Bundan sonra saçlar güclənməyə başlayır. Bu müalicə üsulu saçın təbii parıltısını bərpa etməyə imkan verir.Avokado tumundan necə istifadə etmək olar?1 ədəd avokado tumunu əvvəlcə yaxşıca təmizləməli və üst qabığını soymalısınız. Qabıqdan tamamilə təmizləndikdən sonra onu rəndələməyə başlayın. Rəndələnmiş avokado tumuna saf zeytun yağı əlavə edib 7 gün qapalı və sərin yerdə saxlayın. Bundan sonra qarışım istifadəyə hazır olacaq.

Parlaq və təmiz dəri üçün müntəzəm olaraq bu qarışımdan istifadə edə bilərsiniz. Qarışımı üz və ya saça tətbiq edib 10 dəqiqə gözləmək, sonra isə ilıq su ilə təmizləmək lazımdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
16742
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11708
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5328
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5245
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3685
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3228
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3200
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2999
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
2740
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2735
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2663
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2482
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2369
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2255
Hidayət Heydərov dünya çempionu oldu
2023
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1882