AZ

“Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəldi

Türkiyə Superliqasında 34-cü turun növbəti oyunları baş tutub.

Lent.az xəbər verir ki, günün mərkəzi qarşılaşmasında “Fənərbağça” doğma meydanda “Beşiktaş”ı qəbul edib.

İstanbul derbisi "sarı lacivərdlər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində 30-cu dəqiqədə Mişi Batşuayi, 69-cu dəqiqədə Can İrfan fərqləniblər.

Qonaqların yeganə qoluna 82-ci dəqiqədə Cenk Tosun imza atıb.

Günün digər görüşlərində isə “Kasımpaşa” “Samsunspor”u 1:0, “Sivasspor” “Konyaspor”u 1:0, “Başakşəhər" “Hatayspor”u 2:1 hesabı ilə üstələyib.

Turnir cədvəlinə 93 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbağça" isə 89 xalla ikinci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
25
Mənbələr
Şərh ()
Bağla