AZ

İstanbul derbisində "Fənərbağça" qələbə qazandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

Bizim.Media xəbər verir ki, 34-cü turda "Fənərbağça" evdə "Beşiktaş"ı qəbul edib. 

Şükrü Saracoğlu adına stadionda keçirilən oyunda "Fənərbağça" 2:1 hesabı ilə qalib gəlib. Görüşün baş hakimi Volkan Bayarslan olacaq.

Bu komandalar arasında keçirilən son matçda "Fənərbağça" 3:1 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Fənərbağça" 89 xalla 2-ci, "Beşiktaş" isə 51 xalla 5-cidir 

Türkiyə Superliqası, 34-cü tur

"Fənərbağça" - "Beşiktaş" - 2:1

Qollar: Batşuayi, 30 (1:0), Kahveci, 69 (2:0), Tosun, 82 (2:1)

Qırmızı vərəqə: Al-Mursati, 25 ("Beşiktaş")

Baş hakim: Volkan Bayarslan

Şükrü Saracoğlu adına İdman Kompleksi

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
5
Mənbələr
Şərh ()
Bağla