AZ

"Neftçi" azarkeşlərə müraciət etdi: "Gözləntiləri qarşılaya bilmədik"

"Neftçi" PFK azarkeşlərə müraciət edib.

Futbolpress.az xəbər verir ki, klub azarkeşləri tribunalara səsləyib:

Müraciətdə deyilir: 

"Əziz "Neftçi" azarkeşləri!

Bizi qarşıda həlledici oyunlar gözləyir. Son 5 döyüşdə azarkeşlərimizin dəstəyinizə ehtiyacımız var. İndiyə qədər olan proseslərdə gözləntiləri qarşılaya bilmədik. Ancaq düşünürük ki, hazırki vacib məqamda "Neftçi" adına hamımızın birləşmək zamanıdır. Hər zaman çətin vaxtlarda klubunun yanında olan siz azarkeşləri bir olmağa və komandamıza tribunadan dəstək verməyə çağırırıq. İnanırıq ki, yalnız birlikdə uğurlu nəticələr əldə edə bilərik. Odur ki, “Forza Neftçi” və digər azarkeşlərimizi bu vacib oyunlarda komandamızın yanında olmağa çağırış edirik.

“Neftçi" ailəsinin çətin zamanda necə bir olduğunu göstərmək zamanıdır!"

"Ağ-qaralar" sabah Azərbayacan Premyer Liqasının XXXII turunda "Turan Tovuz"u qəbul edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
9
Mənbələr
Şərh ()
Bağla