AZ

Bakıda ilanların sayı artıb? - AÇIQLAMA

Bakıda ilanların sayı artıb? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə ilanların çoxalması iddiası ilə bağlı videolara rast gəlinir. Sosial şəbəkədə paylaşılan və paytaxtda çəkilən videoların birində avtomobilin yan şüşəsindən ilanın sallandığı görünür. Videonu lentə alan şəxs avtomobillə Zirədən Yasamala gəldiyini və mənzil başına çatanda ilanı gördüyünü qeyd edib.

Bəs görəsən, ilanların sayında həqiqətən artım varmı? Bu sürünənlərdən necə qorunmaq olar?

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Zoologiya İnstitutuna müraciət edib.

AMEA Zoologiya institutunun əməkdaşı, Quru onurğalıları laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov ilanların sayının artmadığını qeyd edib:

"İlanların sayında heç vaxt artım olmayıb. İnsanlar bir müddət görmürlər, xatirələrindən silinir. Qışda çox olmurlar. Sanki qış yuxusunda olurlar. Yaz aylarında isə qışlama yerlərindən çıxırlar. Yem və gizlənmə yeri axtarışında olurlar. Çoxalmaq üçün də ətraf ərazilərə üz tuturlar. Aprel-may aylarında xüsusən gündüz vaxtı ilanlar fəal olurlar. İnsanlar olan ərazilərdə tez-tez rast gəlinir.

Xəzərin daşlıq ərazilərində su ilanları çox olur. İnsanlar da görürlər. Fəallıqları daha yüksəkdir".

T.İsgəndərov əlavə edib ki, yay aylarında yerin isti səthində ilanlara rast gəlinməyəcək:
"Havalar qızmar olanda ilanlar sərin yer axtarışında olacaqlar. İyun ayında ilanlara gündüzlər yalnız sərin yerlərdə rast gələcəyik. İlanlar dənizkənarı yerlərdə daha çox olurlar. Xüsusən də su ilanlarına daha çox rast gəlinir. Onlar suya yemlənmək üçün gedirlər. Quru əraziyə də çıxırlar.

Qobustanda isti qızmar yerlərdə ilanlar çox olur. Belə yerlərdə maşın saxlanılarsa, ilan maşının içərisində də qala bilir. Hərəkətdə olan maşının içərisinə ilan girə bilməz".

"İlanlardan qorunmanın yeganə üsulu onların çəkindiyi vasitələrdən istifadə etməkdir. İlanlar kəskin iylərdən çəkinir. Nəfəs alan zaman o iy dözülməz olur. İlanlar qoxu olan yerdən uzaqlaşırlar.

İlanlar titrəyiş və səs-küy olan yerlərdən də uzaqlaşır. Ehtiyatlı olmaq lazımdır", - deyə T,İsgəndərov qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22871
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14403
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13153
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8706
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6910
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6645
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5130
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4503
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4060
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3764
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3525
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3377
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2793
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1602
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1587
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332