İmişli-Biləsuvar avtomobil yolunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb.APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında İmişli-Biləsuvar avtomobil yolunda baş verib. "Toyota Prado" markalı avtomobilin aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar İmişli xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta