AZ

“Crocus City Hall”dakı terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

Rusiyada "Crocus City Hall”dakı terror aktında iştirak etməkdə şübhəli bilinən daha bir şəxs həbs edilib.Bu barədə rus KİV-ləri məlumat verib.
 
Məhkəmə "Crocus City Hall”da terror aktı ilə bağlı 12-ci şübhəli şəxsi - Tacikistan vətəndaşı, 21 yaşlı Cumaxon Kurbonovu həbs edib.

Məlumata görə, o, bundan əvvəl Moskvada xırda dələduzluğa görə həbs edilib.Cumaxon Kurbonov Rusiya Federasiyasında qeyri-rəsmi işləyib, yataqxanada yaşayıb.

Konsert zalına hücumla bağlı 12 nəfər həbs edilib, onlardan 11-i terror aktı maddəsi ilə, daha bir nəfər əcnəbi vətəndaşın saxta qeydiyyatı haqqında maddə ilə ittiham olunur.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
6
anews.az

8Mənbələr