Türkiyənin xarici işlər naziri Hakan Fidan 28-29 aprel tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edəcək.Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.Belə ki, Fidan Ər-Riyadda Qəzza üzrə Təmas Qrupunun toplantısında iştirak edəcək.Toplantıda həmçinin, Fələstin dövlətinin tanınması məsələsi də müzakirə olunacaq.Qeyd edək ki, Hakan Fidanın səfər çərçivəsində müxtəlif ikitərəfli görüşlər keçirəcəyini bildirilib.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta