Almaniyanın maliyyə naziri Kristian Lindner iqtisadi siyasətin dəyişdirilməsinin vacibliyini vurğulayaraq, ölkə iqtisadiyyatının restrukturizasiyaya ehtiyacı olduğunu qeyd edib.
“İki sahil” xəbər verir ki, K.Lindner Berlində Azad Demokrat Partiyasının Federal Konqresində deyib: "Bizə lazım olan ayıq realizmdir".
Onun sözlərinə görə, realizm hərəkət etmək cəsarəti yaratmalıdır: "İqtisadi dönüş dedikdə məhz bunu nəzərdə tuturuq".
Məhərrəm Ağalaroğlu, “İki sahil”