AZ

Qırğız Mədəniyyəti Günləri başa çatıb

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-26 aprel tarixlərində Azərbaycanda ilk dəfə keçirilən Qırğız Mədəniyyəti Günləri sona çatıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, aprelin 26-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Qırğız Mədəniyyəti Günlərinin təntənəli bağlanış mərasimi keçirilib.

Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar Akademik Musiqili Teatrın foyesində təqdim edilən Qırğızıstanın dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələri ilə tanış olublar.

Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov çıxış edərək deyib ki, Azərbaycan və qırğız xalqlarının dostluq və qardaşlığının əsasında həm də mədəni münasibətlər, ümumi dəyərlər dayanır. Altınbek Maksutov qırğız nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və mədəniyyət günlərinin səviyyədə təşkilinə görə Mədəniyyət Nazirliyinə təşəkkür edib. O həmçinin ölkəmizin incəsənət ustalarını Qırğızıstanda keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində görmək istədiyini də dilə gətirib.

Altınbek Maksutov Azərbaycan Dövlət Tərcümə Mərkəzi Dünya ədəbiyyatı şöbəsinin müdiri, yazıçı, kinossenarist, tərcüməçi Nəriman Əbdülrəhmanlıya Qırğızıstanın “Mədəniyyət əlaçısı” döş nişanını təqdim edib. Yazıçı Qırğız Respublikasının mədəniyyət və incəsənətinin inkişafına verdiyi töhfəyə görə bu təltifə layiq görülüb.

Daha sonra qardaş ölkənin incəsənət ustalarının ifasında qala-konsert təqdim olunub.

Konsertdə Qırğızıstanın Xalq artisti Azamat Bolqonbayev, Əməkdar artistlər “Manas”çı Samat Koçorbayev, Elnurə Muktarbekqızı, Gülzinət Surançiyeva, həmçinin Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının artistləri Atabek Sadırkulov və Dayana Kıdırəliyeva, “Muras” Folklor-Etnoqrafik Ansamblı, Nurdin Tuqolov adına “Ak-Maral” Dövlət Rəqs Ansamblı, Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasının adına Estrada-Simfonik Orkestri və başqa ifaçılar çıxış ediblər.

Proqramda “Vətən” (söz – Şailoobek Duyşeyev, musiqi – Muratbek Beqaliyev), “Səhər sirri” (Əsgər İsayev, Sərdarbek Juməliyev), “Səhər bülbülü” (Turar Kojomberdiyev, Nəsır Davlesova), “Sevgilim” (söz və musiqi – Jamin Akimaliyeva), “Aseldeyim” (söz və musiqi – Bek Borbiev) və digər mahnılar ifa olunub.

Qırğızıstan ifaçılarının təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.

Qonaq ifaçıların Azərbaycan musiqisinə müraciəti isə xüsusi rəğbət doğurub. “Səndən nigaranam” və “Azərbaycan” mahnıları gurultulu alqışlarla mükafatlandırılıb. Bununla da, Bakıda qırğız mədəniyyəti və incəsənəti şöləni tarixə qovuşub.

Xatırladaq ki, mədəniyyət günləri çərçivəsində Qırğızıstan incəsənət ustalarının qala-konserti ilə yanaşı, Qırğız Kinosu Günləri və “Azərbaycan-Qırğızıstan mədəni-humanitar dostluq əlaqələri” mövzusunda iki ölkə ziyalılarının görüşü keçirilib. Bundan əlavə, Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi, tanınmış rəssam, modelyer-dizayner Dilbər Aşımbayevanın etno-model kolleksiyası və milli mətbəx nümunələri təqdim edilib.

Qırğız Qırğız Qırğız Qırğız Qırğız Qırğız Qırğız Qırğız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22859
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14399
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13042
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8676
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6898
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6643
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5121
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4436
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4055
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3756
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3224
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2783
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1602
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1582
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332