AZ

Əməyin Mühafizəsi Günü...

Hər il istehsalatda 339 milyon bədbəxt hadisə baş verir

Yeganə BAYRAMOVA

İnsan amilinin uca tutulduğu ölkələrdə inkişafın labüdlüyü çoxdan təsdiqlənib. Müasir dünya təcrübəsindən də bəllidir ki, inkişaf etmiş bütün ölkələrdə vətəndaşların işçi olaraq hüquqlarının qorunması mühüm amillərdən sayılır. İnsanların əməyinin mühafizəsi, onların sağlam və təhlükəsiz iş şəraitində işləməsi hər bir dövlətin sosial siyasətinin prioriteti hesab olunur.

Əməyin mühafizəsi nədir?

Əməyin mühafizəsi dedikdə istehsal prosesində işçilərin təhlükəsizliyini təmin edən iqtisadi, təşkilati, texniki və hüquqi tədbirlərin məcmusu başa düşülür. Müasir dövrdə insanların əmək fəaliyyəti ən mürəkkəb istehsal alət və vasitələrdən istifadə ilə əlaqədardır. Bu zaman bədbəxt hadisələrə və digər ağır nəticələrə yol verməmək üçün işçilər təhlükəsizlik texnikası ilə tanış edilməli, müasir şəraitinə uyğun əmək təhlükəsizliyi qaydaları yaradılmalı, əməyin mühafizəsi üzrə münasibətləri nizama salan yeni normalar işlənib hazırlanmalıdır. İstehsalatda əməyin mühafizəsi müəssisə rəhbərinə və digər vəzifəli şəxslərə həvalə olunur. Onlar baş verən bütün pozuntulara görə məsuliyyət daşıyırlar. 

Dünyanın 100-dən çox ölkəsində...

Yeri gəlmişkən, aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi Günüdür. Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə 2003-cü ildən elan olunan bu gün hazırda dünyanın yüzdən çox ölkəsində qeyd edilir. Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunmasında məqsəd cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələlərinə cəlb etməkdir.

Dünyada hər il 2.34 milyon insan...

BƏT-in məlumatına görə, hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir. Dünyada hər il istehsalatla əlaqəli bədbəxt hadisələr, peşə xəstəlikləri nəticəsində isə təxminən 2,34 milyon nəfər həlak olur. Bu, hər gün orta hesabla 6 min insan deməkdir. Hər il 160 milyondan çox insan müxtəlif dərəcəli bədən xəsarəti alır və ya peşə xəstəliklərinə tutulur. İstehsalat qəzaları nəticəsində dünya üzrə ümumi daxili məhsulun 4 faizinin və ya 2,8 trln. ABŞ dollarının itirilməsi ilə nəticələnir.

Bütün bunlar dünyada əməyin mühafizəsini aktuallaşdıran problemlər kimi çıxış edir. BƏT-in qəbul etdiyi və dövlətlərin qoşulduğu konvensiyaların böyük əksəriyyəti məhz əməyin təhlükəsizliyi, layiqli əməyin təmin olunması məsələlərini əhatə edir. 

Əməyin mühafizəsi ölkəmizdə də sosial siyasətin əsas məqsədlərindən biridir. Azərbaycan 1992-ci ildən bəri üzvü olduğu BƏT- in bu sahədə olan bütün konvensiyalarına qoşulub. Daha dəqiq ifadə etsək, ölkəmiz tərəfindən BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 konvensiyası, o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21 konvensiyası ratifikasiya olunub.  2004-cü ildən etibarən isə Azərbaycanda Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22855
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14391
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13010
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8675
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6890
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6643
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5121
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4424
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4055
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3754
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3164
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2783
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1601
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1582
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332