AZ

Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?

Müharibənin ikinci mərhələsi başlanır

 

Bu gün dünyanın istənilən məkanında siyasi-iqtisadi, hətta hərbi problemlərin həll edilməsi yolları araşdırılarkən, çıxış yollarına baş vurularkən mütləq Rusiya-Ukrayna müharibəsinə istinad edilir, digər ölkələrin müharibənin nəticəsinə uyğun siyasət yürüdəcəkləri vurğulanır. Bu müharibənin yekunlarının dünya düzəninə İkinci Dünya müharibəsinin nəticələri kimi təsir göstərəcəyi şübhəsizdir. Müharibə Rusiyanın qələbəsi ilə bitdiyi halda yalnız Ukrayna və ya postsovet məkanı deyil, bütün Qərb Rusiyanın aqressivləşəciyini və Putinin iştahasının artacağını proqnozlaşdırır. Ukraynanın üstünlüyü ilə hansısa sülh müqaviləsi imzalanarsa yenə də postsovet respublikalarında Rusiya təsirinin xeyli azalacağı, Rusiyanın yaratdığı KTMT, Avrasiya İqtisadi İttifaqı, MDB kimi qurumların tezliklə dağılacağı, hətta Rusiyada hakimiyyət dəyişikliyinin qaçılmaz olacağı da irəli sürülən fikirlər sırasındadır. Son altı ayda Ukrayna üçün nəzərdə tutulan maliyyə, hərbi dəstəkdə yaranan fasilə və ya gecikmə Ukraynaya ağır günlər yaşatdı və cəbhədə Rusiyanın müəyyən uğurlar qazanması ilə nəticələndi. Amma, artıq Rusiya-Ukrayna müharibəsində ikinci mərhələ başlanır desək, yanılmarıq və bu mərhələnin uğurlu tərəfinin Ukrayna olacağı real görsənir. Bu, o anlama gəlməsin ki, indiyədək Ukraynanın uğuru olmayıb. Əksinə, Rusiya kimi imkanları, resursları olan bir dövlətlə iki ildən çox aparılan müharibənin özü bir uğurdur. Rusiya ərazisində Ukrayna Müdafiə nazirliyi Kəşfiyyat Baş idarəsinin peşəkarlıqla həyata keçirdiyi əməliyyatlar Rusiyanı çox vaxt çıxılmaz duruma salmış və bu günlərdə də Rusiya ərazilərində həyata keçirilən əməliyyatlar artıq yalnız Kremldə deyil, Rusiya cəmiyyətində də gərginlik yaşadır. 
 
Nəhayət, Ukraynanın Qərb tərəfdaşları hərbi, maliyyə yardımlarını yenidən başlatdı və yalnız Ukraynaya ayrılan 60,8 milyard dollar göstərir ki, Rusiya tərəfindən yayılan “Qərb Ukraynadan üz döndərir” dezinformasiyaları qısamüddətli ruh düşkünlüyü yaratsa da, strateji düşüncə qalib gəldi. ABŞ prezidenti Baydenin “ Biz HƏMAS kimi terrorçulardan və Putin kimi tiranlardan müdafiə olunan dostlarımızın yanındayıq” deməsi bir daha Ukraynanın müharibə meydanında tək qalamayacağını təsdiq edir.
 
Qeyd edək ki, Ukraynaya verilən silahların ilkin siyahısına 300 km-ə qədər uçuşu olan ATACMS ballistik raketlər də daxildir və Ukrayna indiyədək belə silah almamışdı. Eyni zamanda 4 ədəd “Patriot” sisteminin, Danimarkadan çoxfunksiyalı F-16 təyyarələrinin, Çexiyadan mayın sonunda 155 mm-lik artileriya mərmilərinin verilməsi nəzərdə tutulur. Yaxın günlərdə “Ramştayn” formatında başqa yardım paketlərinin verilməsi müzakirə ediləcək.
 
Bəzən sual olunur ki, bu yardımlarla Ukrayna işğalda olan torpaqlarının heç olmasa bir hissəssini azad edə biləcəkmi, yoxsa sadəcə Rusiyanın hücumlarından müdafiə olunacaq. Məsələ ondadır ki, iki ildən çox davam edən bu müharibədə Rusiya istəklərinə çata bilməyibsə, bu, elə Ukraynanın uğurudur. Hətta, yalnız müdafiə olunacaqsa, bu da Ukraynanın qələbəsi, Rusiya resurslarının tükənəcəyi, Rusiya cəmiyyətində narazılığın və gərginliyin yüksəlməsi deməkdir. Əgər Ukrayna Ordusu son altı ayda - yardımların gəlmədiyi müddətdə - dözə bildisə, bu ağır sınaqdan təslim olmadan çıxdığı üçün bundan sonra da uğur qazanacağı şübhəsizdir. Rusiyanın proqnozları və ümidləri doğrulmadı. Ukrayna Ordusu öz istehsalı olan məhdud silah ehtiyatı ilə bu müddətdə Rusiyanın Qara dəniz donanmasının bir neçə gəmisini, bir neçə modern qırıcı təyyarələrini məhv etdi. Ukrayna MN Kəşfiyyat Baş İdarəsi yalnız sərhəd bölgəsində deyil, Rusiyanın dərinliklərində neftbazalarına, neftayırma və qaz zavodlarına, aviasiya təmiri zavodlarına və sair hərbi obyektlərə uğurlu hücumlar təşkil etdi. Rusiyanın Avropa hissəsi faktiki olaraq Ukrayna PUA-larının çatdığı hədəflərdir.
 
Qarşıdakı yaxın aylarda Ukrayna cəbəsində ciddi hadisələrin baş verəcəyi gözlənilir. Putin andiçmə mərasiminə və 9 maya hər hansı bir uğurla daxil olmaq istəyəcək. Ukraynanın isə həm müdafiə, həm də əkshücum əməliyyatlarına hazırlaşdığı barədə xəbərlər gəlir. Ukrayna Vladimir Putinin andiçmə mərasiminə sürpriz edəcəkmi?
 
Moderator.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13728
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11065
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9098
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2943
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2482
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2216
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2080
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2060
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1830
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1544
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1033
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
753
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
664
Azərbaycan nefti ucuzlaşdı
662
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
650
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
645
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
606
Arda Gülər dayanmır, yenə fərqləndi -
584