AZ

Ekvadorda helikopter qəzaya uğrayıb: ölənlər var

Ekvadorun Pastaza əyalətində helikopter qəzaya uğrayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ekvador Silahlı Qüvvələri "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 8 nəfər həlak olub.

"Ekvador ordusu xilasetmə əməliyyatlarından sonra MI 171 E helikopterinin ekipajının və sərnişinlərinin cəsədlərinin aşkar edildiyini ictimaiyyətə bildirməkdən təəssüflənir", - məlumatda qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
20
Mənbələr
Şərh ()
Bağla