AZ

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb – FOTO

Ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a verilən məlumata görə, agentliyin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Eyni zamanda, bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası istiqamətində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə Qırğız Respublikası ilə “ASAN xidmət” təcrübəsinin paylaşılmasına dair qərar qəbul edilib.

Qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, “ABAD” və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə tanış olub.

DOĞRU.AZ

image-17141303754760754915_1200x630 image-17141303755383249265_1200x630image-17141303754763548998_1200x630

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
5
dogru.az

5Mənbələr