AZ

Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər.

Publika.az xəbər verir ki, elmi araşdırmalara görə, avokadonun tumu dəriyə botoks effekti verir.

Avokado tumunun sərt quruluşda olması onun istifadəsini çətinləşdirir. Buna görə bir çox insan bu tuma heç əhəmiyyət vermədən atır. Lakin dermatoloqlar dəri üçün ən faydalı vasitələrdən biri olduğunu deyirlər. Belə ki, dərini bərpa edən tum yeni hüceyrələrin meydana gəlməsini də dəstəkləyir.

Avokado tumu, həmçinin dərinin səthindən ölü hüceyrələri təmizləyir, məsamələri daraltma qabiliyyəti sayəsində yeni sızanaqların əmələ gəlməsinin qarşısını alır.

Xüsusilə ləkələri azaltmağa kömək etdiyi üçün daha parlaq və qüsursuz dəri görünüşü əldə etmək istəyənlər üçün əvəzolunmazdır.

Tərkibindəki Omeqa-3, Omeqa-6 və Omeqa-9 yağ turşuları dərinin əsas ehtiyaclarını ödəyir.

Avokado tumu ilə zeytun yağının birləşməsi sayəsində dəri və saç problemlərindən xilas olmaq çox asandır.

Bir çox insanı maraqlandıran məsələ isə avokado tumunun kollagen təsiridir. Müəyyən yaşdan sonra orqanizmdə kollagen istehsalı azalmağa başlayır və arzuolunmaz qırışların əmələ gəlməsinə səbəb olur. Yaşlanma əlaməti sayılan bu halları yüngülləşdirmək üçün avokado toxumundan istifadə edə bilərsiniz. O, kollagen ehtiyacını tam ödəyərək dərini sıxır, sallanmaların qarşısını alır.

Avokado tumunun kollagen təsirindən faydalanmaq üçün onu zeytun yağı ilə birgə istifadə etmək lazımdır. Bu sayədə dərinin kollagen ehtiyacı qarşılanır və parlaqlığı təmin edilir. Dəri botos effekti əldə edərək dartılmağa başlayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
12
Mənbələr
Şərh ()
Bağla