AZ

Çin Xarici İşlər Nazirliyi ABŞ-a qırmızı xətləri keçməmək barədə xəbərdarlıq edib

Çinin xarici işlər naziri Vanq Yi ABŞ-ı Çinin qırmızı xətlərini keçməməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, o, bunu ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşündə deyib.

Nazirin sözlərinə görə, ÇXR-in tələbləri ardıcıldır və o, həmişə əsas maraqlara qarşılıqlı hörmətin tərəfdarıdır.

“Birləşmiş Ştatlar Çinin daxili işlərinə qarışmamalı, Çinin inkişafını boğmamalı və Çinin suverenliyi, təhlükəsizliyi və inkişaf maraqları ilə bağlı Pekinin qırmızı xətlərini keçməməlidir”, – diplomat bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
Mənbələr
Şərh ()
Bağla