AZ

İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi

İspaniya Kral Futbol Federasiyasının (RFEF) yeni prezidenti məlum olub.

Bizim.Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, Pedro Roşa federasiyanın yeni rəhbəri seçilib.

O, bu vəzifədə Luis Rubialesi əvəzləyib. Xatırladaq ki, Luis Rubiales qadın futbolçulardan ibarət İspaniya millisinin futbolçusu Cennifer Hermosonu dodağından öpdüyü üçün qalmaqal yaranmış və nəticədə vəzifəsini tərk etmişdi.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
3
Mənbələr
Şərh ()
Bağla