AZ

Belçika Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya “F-16”lar göndərəcək

Belçikanın Baş naziri Aleksandr De Kru, ilin sonuna qədər Ukraynaya “F-16”lar göndərəcəklərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir müdafiə naziri Ludivin Dedonder ilə keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

O bildirib ki, döyüş təyyarələrinin dəyəri dondurulmuş Rusiya aktivləri hesabına ödəniləcək.

Belçikada çoxlu dondurulmuş Rusiya aktivlərinin olduğunu xatırladan De Kru, bu addımı belə şərh edib:

“Ruslara qarşı özlərini müdafiə edə bilmələri üçün onların vergilərindən istifadə edirik. Yəni, onları ukraynalılara veririk. Hərbi yardımlar yerli vergilərimizlə ödənilmir”.

Onun sözlərinə görə, “F-16” döyüş təyyarələri ilin sonuna qədər Ukraynaya göndəriləcək:

“Bu, Ukraynanın müdafiəsi üçün böyük bir addımdır. Ölkəmiz artıq Ukraynaya faktiki olaraq təyyarə tədarük edəcək məhdud ölkələr qrupuna qoşulur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
3
qafqazinfo.az

7Mənbələr