AZ

İraq Kürdüstanında qaz yatağı atəşə tutuldu - Ölənlər var

İraq Kürdüstanında qaz yatağına pilotsuz uçuş aparatı ilə zərbələr endirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Shafaq News" informasiya portalı məlumat yayıb.

Hadisə nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Ölən və yaralananların hamısı xarici işçilərdir.

Portalın məlumatına görə, zərbə Kürd muxtariyyətinin şərqindəki Süleymaniyyə əyalətində yerləşən Kürmür qaz yatağına endirilib.

Muxtar bölgə hökumətinin energetika nazirliyi hücumun elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
10
teleqraf.com

10Mənbələr