AZ

İqlimlə bağlı Cənubla Qərb arasında Azərbaycanın yeni rolu belə olacaq...

Preziden İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib.Tədbirdə çıxış edən dövlət başçısı dəvətə görə Kansler Olaf Şoltsa təşəkkürünü bildirərək deyib ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir.“COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq” – Prezident bildirib.Tədbirin ardınca Prezident İlham Əliyevin Olaf Şolts ilə təkbətək, daha sonra geniş tərkibdə görüşü olub.Görüşlərin ardından Prezident İlham Əliyev və Kansler Olaf Şolts mətbuata bəyanatlarla çıxış ediblər.Prezident İlham Əliyev çıxışında diqqətə çatdırıb ki, bu il Azərbaycanda 9 külək və günəş elektrik stansiyası işə salınacaq. "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"- o deyib.Prezident İlham Əliyev çıxışında onu da bildirib ki, COP29 qarşıdurma meydanı olmayacaq:“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.Bu ölkələrin əldə olunmuş gəlirlərin yaşıl enerjiyə sərf edilməsi istiqamətdə addımların atdıqlarını vurğulayan dövlət başçısı “Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı”.Çıxışında Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən dövlət başçısı deyib: “Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-un ev sahibliyini etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir”.Çıxışında Ermənistanla Azərbaycan arasında gedən prosesə də diqqət çəkən Prezident deyib ki, sərhədlərin delimitasiyası, hətta demarkasiyasına da artıq başlanıb.Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin bu gün (26 aprel-red.) fəaliyyətini dayandırdığını vurğulayan dövlət başçısı qeyd edib ki, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var və bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq.Azərbaycan Prezidenti qeyd edib ki, Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu rəqəm 12 milyarda çatıb. Biz əlavə sərmayə qoyuruq, əlavə vəsait ayırırıq ki, Avropa ölkələrini bu məsələdə dəstəkləyək.“Beləliklə, həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin olan Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaqdır”, - deyə dövlət başçısı bildirib."Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir" - Olaf Şolts belə deyib. O bildirib ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır. Kansler Şolts deyib ki, münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır.Kansler bəyan edib ki, Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır.COP29-da Bakıda bir sıra mühüm məsələlərin müzakirə olunacağını bildirən Şolts "Biz iqlim dəyişikliyi ilə əlaqəli layihələrə gələcək investisiyaları təşviq etməliyik", - deyə bildirib.Sonra Prezident İlham Əliyev Berlində Almaniyanın XİN rəhbəri Annalena Berbok, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşü keçirilib.Daha sonra Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq

SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
4920
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
4871
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
848
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
815
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
788
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
788
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
514
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
437
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
293
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
274
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
238
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
201
Arda Gülər dayanmır, yenə fərqləndi -
141
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
126
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
120
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
119
Arda dubl etdi - VİDEO
115
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
103
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
99
“Mançester Siti” İngiltərə çempionu olub
96