AZ

Şəkidə özünə iynə vuran tibb bacısı şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva huşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib.

Müayinə zamanı G. Allahverdiyavanın özünə antibiotik iynəsi vurduqdan bir qədər sonra vəziyyətinin pisləşərək şoka düşdüyü məlum olub.

G.Allahverdiyeva Kiş kənd tibb məntəqəsində tibb bacısı kimi çalışır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
21
Mənbələr
Şərh ()
Bağla