AZ

Ağsuda həkimə və ambulans sürücüsünə xəsarət yetirən şəxs həbs olundu

Bir neçə gün öncə Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirən şəxs həbs olunub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən rayon sakini Samit Hüseynov barəsində üç aylıq həbs qərarı verilib.

Qeyd edək ki, hadisə aprelin 17-də baş verib. Həmin gün Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları - həkim-feldşer, 1962-ci il təvəllüdlü - Şikarov Zöhrab Babacan oğluna və təcili tibbi yardımın sürücüsü, 1990-ci il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib. Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
7
Mənbələr
Şərh ()
Bağla