AZ

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Naxçıvan, 26 aprel, AZƏRTAC

Şərur rayonunda və ətraf kənd avtomobil yollarında yeni yol nişanları quraşdırılıb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Agentlik tərəfindən Şərur rayonu və rayonun Ələkli, Xanlıqlar, Vərməziyar, İbadulla, Yengicə, Dəmirçi kəndlərinin yollarında yeni yol nişanları quraşdırılıb.

Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, quraşdırılan yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
3
Mənbələr
Şərh ()
Bağla