AZ

Ankarada Ruanda soyqırımı qurbanlarının xatirəsi anılıb

Ruandanın Türkiyənin paytaxtı Ankaradakı səfiri, (Azərbaycanın qeyri-rezident səfiri) Çarlz Kayonqanın ev sahibliyi ilə Ruanda soyqırımının 30 illiyini anım mərasimi keçirilib.

“Report”un Ankara Bürosunun xəbərinə görə, mərasimə Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi və Cənubi Afrika üzrə baş direktoru səfir Elif Çomoğlu Ülgen, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Türkiyə nümayəndəsi Mariam Xan, Cibutinin Ankaradakı səfiri Əbdillahi Aden Hüse, Cənubi Afrikanın Türkiyədəki səfiri (Azərbaycanın qeyri-rezident səfiri) Dipuo Berta Letsatsi-Dubau, xarici ölkələrin diplomatik nümayəndəliklərinin üzvləri, Ankarada yaşayan ruandalılar və çoxlu sayda qonaq qatılıblar.

Ruandanın Dövlət dimninin oxunması ilə başlayan mərasimdə həyatını itirənlər üçün şamlar yandırılıb, musiqili konsert və hadisə şahidlərinin iştirakı ilə soyqırımdan bəhs edən videoçarx nümayiş olunub.

Çarlz Kayonqan, Elif Çomoğlu Ülgen, Mariam Xan və digər çıxışçılar Ruandadakı 1994-cü ilin aprelin 7-dən başlayaraq 100 gün davam edən soyqırımı faktında Hutu hökumətinin hazırladığı ekstremistləri tərəfindən Tutsi icmasının soyqırımına məruz qalma faktını xatırladaraq hadisəni qınayıblar.

Qeyd edək ki, Ruanda soyqırımında 800 mindən çox tutsi qətlə yetirilib. Soyqırım Ruandanın Hutu hökuməti tərəfindən planlaşdılırıb. Kütləvi qətllər 1990-cı ildən tutsilərin dəstəklədiyi Ruanda Vətənpərvər Cəbhəsi (RVC) ilə hutu hökuməti arasında başlayaraq vətəndaş müharibəsi çərçivəsində baş verib.

Fransa Ruanda soyqırımına görə ən çox məsuliyyət daşıyan ölkə hesab edilir, çünki o dövrdə soyqırımını törədən Hutu hökumətinin ən yaxın dostu və dəstəkçisi olub. ABŞ, Böyük Britaniya, Belçika və BMT bu qanlı hadisələrə laqeyd qaldıqlarına görə tənqid olunurlar. Bundan başqa Belçika tərəflər arasında irqi ayrı-seçkilik siyasətini yürütməkdə də ittiham edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11630
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8500
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
7492
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2210
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1915
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1826
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1694
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1412
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1058
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
838
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
698
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
492
Arda Gülər dayanmır, yenə fərqləndi -
449
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
420
Arda dubl etdi - VİDEO
343
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
343
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
340