AZ

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsindəhazırlanan “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxilolan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib.

SOCAR-dan Trend-ə bildirilib ki, mərasimdə ilk öncə yenikolleksiya ilə bağlı təqdimat edilib.

Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədriEmin Məmmədov 3 xalçadan ibarət “Xarıbülbül” kolleksiyasının“Azərxalça” ASC ilə SOCAR arasındakı əməkdaşlığın nəticəsindəərsəyə gəldiyini bildirib, birgə layihələrin gələcəkdə də davametdiriləcəyinə inamını ifadə edib.

İdarə Heyətinin sədri yeni kolleksiyada Vətən müharibəsindəparlaq Zəfərimizin rəmzi olan Xarıbülbülün milli xalça əlifbasınauyğun olaraq xalça dilində, xalça çeşnisi kimi toxunub cəmiyyətətəqdim olunduğunu, xalçaların üzərində möhtəşəm Qələbəmizlə bağlıdetalların əksini tapdığını diqqətə çatdırıb.

SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva AzərbaycanRespublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun şücaətinəticəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərinxalqımızın və dövlətimizin qüdrətini bütün dünyaya nümayişetdirdiyini, Qələbəmizin simvolu olan “Xarıbülbül” elementli xalçanümunələrinin hazırlanması layihəsində iştirakın böyük məmnunluqdoğurduğunu diqqətə çatdırıb. Vitse-prezident xalçaçılıq sahəsinininkişafının regionlarda məşğulluq səviyyəsinin yüksəldilməsi vəqadınların əmək bazarına inteqrasiyası ilə yanaşı, xalqımızın millidəyərlərinin, maddi və mənəvi irsinin qorunub saxlanılmasına daəhəmiyyətli töhfələr verdiyini bildirib.

Xalqımızın milli təfəkkürünə əsaslanan və istedadının məhsuluolan xalçalarımızın hər zaman müxtəlif ölkələrdə də böyük diqqət vəmarağa səbəb olduğunu söyləyən SOCAR-ın kommunikasiya məsələləriüzrə icraçı direktoru Aygün Hüseynova Azərbaycanda xalça sənətininqorunması və inkişaf etdirilməsinin daim dövlətimizin diqqətmərkəzində olduğunu vurğulayıb. İcraçı direktor AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin və Birincivitse-prezident Mehriban xanım Əliyevanın bölgələrə səfərlərizamanı “Azərxalça” ASC-nin filiallarının açılışlarında şəxsəniştirak etmələrinin, xalçaçılarla səmimi görüşlərinin bu qədimsənət növünə, xalçaçıların əməyinə verilən yüksək dəyərin təzahürüolduğunu qeyd edib.

Kolleksiyanın yaranma səbəbləri və xalçalarda əks olunanelementlər haqqında məlumat verən kolleksiyanın ideya müəllifi,Əməkdar rəssam Rəşad Ələkbərov xalçalarda ümumi böyük ölçülüXarıbülbülün xüsusi elementlər formasında, xalça dilində təqdimolunduğunu diqqətə çatdırıb. Əməkdar rəssam məhz bu kolleksiyadaxilində Azərbaycanda ilk dəfə sıfırdan Qarabağ qrupuna aid xalçaçeşnisinin yaradıldığını bildirib.

Kolleksiyanın hazırlanmasında iştirak edən xalçaçı ZemfiraMəmmədova ölkəmizdə bu qədim sənət növünə, onun inkişafınagöstərilən dövlət qayğısından, peşəkar xalçaçıların hazırlanmasıistiqamətində görülən işlərdən, eyni zamanda, peşəsinə olan böyüksevgisindən bəhs edib.

Daha sonra xalçaların kəsim mərasimi keçirilib.

SOCAR tərəfindən “Azərxalça” ASC-yə milli enerji strategiyamızınbanisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunanpoçt markaları hədiyyə olunub.

Qeyd edək ki, ənənələri özündə qoruyan, müasir üsulda toxunan“Xarıbülbül” xalçalarının hazırlanmasında Azərbaycanda ilk dəfə həmyun, həm də ipək saplardan istifadə olunub.

SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
4
Mənbələr
Şərh ()
Bağla