AZ

Bakıda konsert verən müğənninin qohumu sevgilisi tərəfindən qətlə yetirildi

Estetik uzman Selin Yalın bir müddətdir münasibətdə olduğu şəxs tərəfindən Kartaldakı lüks mənzilində güllələnərək öldürülüb. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Selinin sevgilisi - tikinti şirkəti sahibi Ömər Öktem qətldən sonra qadının ailəsinə zəng edərək onun intihar etdiyini bildirib.

 

Polis tərəfindən saxlanılan Ö.Öktem daha sonra qətl törətdiyini etiraf edib.

 

Məlum olub ki, qətlə yetirilən Selin Yalın məşhur müğənni Yalının qohumudur.

 

Maltəpə Mərkəz Məscidində qılınan cənazə namazından sonra Selin Yalının "Başıbüyük" qəbiristanlığında dəfn ediləcəyi açıqlanıb.

 

Məşhur müğənni Yalın onun cənazə namazına qatılmayıb. 

 

Xatırladaq ki, Yalın dünən Bakıda anşlaqla keçən konsert verib. Müğənninin bu gün də növbəti konserti baş tutacaq.

Tarix: 26 Aprel 2024, 21:00   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
2
Mənbələr
Şərh ()
Bağla