AZ

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu

Bakı. Trend:

Ötən il noyabrın 13-də PKK-nın təlimatı ilə İstanbulun İstiqlalprospektində terror aktı törədən Əhlam Əlbəşir hakim qarşısınaçıxarılıb.

Trend xəbər verir ki, hadisə yerinə partlayıcı maddə yerləşdirənterrorçu qadın məhkəmə tərəfindən təqsirli bilinərək 1794 il həbscəzasına məhkum olunub.

Həmin terror aktı ilə əlaqəli fərqli cinayətlərdə təqsirlibilinən Fatma Berkel və Ferhat Habeş isə 1035 il həbs cəzasınaməhkum ediliblər. Məhkəməyə ümumilikdə 36 şübhəli cəlb olunub.

Xatırladaq ki, ötən il noyabrın 13-də İstanbulun Taksim meydanıyaxınlığındakı İstiqlal prospektində törədilən terror aktınəticəsində 6 nəfər həlak olmuş, 99 nəfər yaralanmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
3
Mənbələr
Şərh ()
Bağla