AZ

Qaxda məktəblilər polisin qonağı olublar - FOTO

Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə məktəblilər əvvəlcə xidməti avtomobillər, xüsusi texniki vasitələr və avadanlıqlarla tanış olublar. Avtosfer.az xəbər verir ki, şagirdlərə polisin gündəlik xidməti fəaliyyəti, eləcə də ictimai asayişin təmin olunmasında və cinayətkarlığa qarşı mübarizədə görülən işlər barədə məlumat verilib.

Daha sonra şöbənin inzibati binasında  xidməti otaqlarla tanışlıq olub. Polis əməkdaşları iş prosesi ilə bağlı yeniyetmələri maraqlandıran sualları cavablandırıblar. Görüş məktəblilər tərəfindən də böyük maraqla qarşılanıb.

FOTO QALEREYA
Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla