AZ

AZAL bu iki şəhərə aviabiletlərə xüsusi qiymətlər təklif edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Buxarest və Sofiya şəhərlərinə aviareyslərə xüsusi qiymətlərlə biletlərin satışına başlayıb.

AZAL-dan Redaktor.az-a bildirilib ki, aviaşirkət Bakı-Buxarest-Bakı və Bakı-Sofiya-Bakı marşrutları üzrə aviabiletləri bir tərəfə 169 avro, hər iki istiqamətdə isə 300 avroya təklif edir. Buxarest-Bakı-Buxarest marşrutu üzrə biletlərin qiyməti bir tərəfə 155 avro, gediş-dönüş biletlərinin qiyməti isə 300 avrodur. Sofiya-Bakı-Sofiya marşrutunu seçən sərnişinlər bir tərəfə 153 avroya, hər iki istiqamətdə isə 300 avroya aviabilet əldə edə bilərlər.

Təklif çərçivəsində 10 kq-a qədər əl yükünün daşınması mümkündür. Xüsusi tariflər yüksək tələbat dövrlərində keçərli deyil.

Qeyd edək ki, AZAL Rumıniyanın paytaxtı Buxarestə uçuşlara həftədə iki dəfə, bazar ertəsi və cümə axşamları olmaqla iyunun 3-dən başlayacaq. Bolqarıstanın paytaxtı Sofiyaya isə reyslər iyunun 7-dən həftədə iki dəfə — çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Xüsusi qiymətlərdən yararlanaraq Avropanın ən gözəl şəhərlərindən olan Buxarest və Sofiyanı ziyarət etmək fürsətini qaçırmayın!

Aviabiletləri rəsmi https://www.azal.az/az/ saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
24
redaktor.az

10Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh