AZ

“Ağdamda əsası qoyulmuş məktəb Azərbaycan-Qırğızıstan münasibətlərinin əsas simvollarından biri olacaq”

Qırğızıstanın dövlət başçısı Sadır Japarovun Azərbaycana rəsmi səfəri, cənab Prezidentlə görüşləri və işğaldan azad olunmuş ərazilərə birgə səfərləri ölkələrimiz arasındakı dostluğunun, xalqlarımız arasındakı qardaşlığın əyani təcəssümüdür. Xalqlarımız arasındakı dostluq münasibətlərinin tarixi qədimlərə dayanır, ortaq tarixi- mədəni dəyərlər daşıyan Azərbaycan – Qırğızıstan münasibətləri bu gün tarixin ən sıx dönəmini yaşıyır.

Ölkələrimiz müstəqillik əldə etdikdən sonra qurulmuş bu münasibətlər, Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə inkişafa başlamış. Ulu Öndərin Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün qardaş Qırğızıstana səfər etməsi olduqca mühüm hadisə idi. Daha sonra hər iki ölkədə diplomatik nümayəndəliklər təsis olunub və ölkələrimizin bugünkü münasibətlərinə qədər gəlib çıxıb. Tarixinin ən parlaq dövrünü yaşayan dövlətlərarası münasibətlər istər ikitərəfli, istərsə də beynəlxalq miqyasda mühüm yer tutur. Məhz dövlət başçılarının səfərləri, keçirilmiş ikitərəfli və çoxtərəfli görüşlər, Dövlətlərarası Şuranın iclasları, imzalanmış sənədlər münasibətlərin inkişafına xüsusi töhfə verir.

Bütün sahələrlə bərabər, mədəni əlaqələrin inkişafı, mədəniyyət günlərinin keçirilməsi, Bakı şəhərində Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılması həm də ortaq mədəniyyətimizə verilən qiymətdir, bu dəyər həm də bütün sahələrdəki əməkdaşlığın inkişafına stimul verir.

Bu əməkdaşlıq inkişafını hər iki ölkənin qarşılıqlı səyləri hesabına yeni mərhələyə qədəm qoymaqla bərabər özü ilə yeni imkanlar gətirir və nəticə də əlverişli investisiya mühiti qurulur. Belə ki, Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu hazırda 100 milyon dollardır, hansı ki, ən qısa zamanda bu məbləğ 4 dəfə artaraq sözügedən məbləğə çatıb, gələcəkdə Fondun daha da artırılması nəzərdə tutulur. Bütün sahələrdə, eləcə də Böyük İpək Yolunun üzərində yerləşən ölkəmiz Mərkəzi Asiya ilə tranzit əlaqələrin genişlənməsinə xüsusi önəm verir, coğrafi mövqe, nəqliyyat infrastrukturunun qurulması istiqamətində atılmış addımlar Mərkəzi Asiya ilə, eləcə də Qırğızıstanla münasibətlərdə bu sahədəki əməkdaşlıqda öz nəticəsini verməkdədir.

25 aprel tarixində dövlət başçılarının birlikdə Füzuliyə, Ağdama səfəri, Füzuli şəhərinin Baş Planı ilə, eləcə beynəlxalq jurnalistlər tərəfindən ermənilərin törətdiyi barbarlığın əyani təcəssümü olan və “Qafqazın Xirosiması” adlanan Ağdam şəhərində görülən işlərlə tanışlıq mütərəqqi hadisəsidir.

Tarixi Zəfərimizlə bitən İkinci Qarabağ müharibəsindən dərhal sonra başlanmış quruculuq işləri bu gün son sürətlə davam edir. Sözügedən səfərlə birlikdə işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə aparılmış abadlıq və quruculuq işləri ilə tanışlığa imkan yaratdı.

Qırğızıstanın Prezidenti Sadır Japarovun Ağdam rayonunda məktəbin tikilməsi təşəbbüsü ilə çıxış etməsi, dünən isə dövlət başçılarının ilk təməllərini atdıqları Ağdam rayonu Xıdırlı kənd məktəbi dövlətlərimiz arasında olan dostluğun əsas simbollarından birinə çevriləcəkdir. Məhz bu məktəb həm də Qırğız xalqının ölkəmizə, xalqımıza verdiyi dəyərdir.

Adil ƏLİYEV,

vitse-spiker

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11689
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8521
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
7698
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2233
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1960
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1831
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1718
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1425
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1072
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
838
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
703
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
492
Arda Gülər dayanmır, yenə fərqləndi -
449
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
420
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
351
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
345
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
344
Arda dubl etdi - VİDEO
343