AZ

Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”

“Tavuş və Qazax arasındakı ərazidə sərhədin delimitasiyası prosesi texniki cəhətdən başa çatıb”.

Bu barədə Ermənistan Parlamentinin Müdafiə Komissiyasının sədri Armen Xaçatryan bildirib.

O qeyd edib ki, texniki baxımdan tamamlama Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissənin Alma-Ata bəyannaməsinə uyğun olaraq müəyyən və təsdiq edilməsi deməkdir.

“Yəni, bu sütunlar Sovet Ermənistanı ilə Sovet Azərbaycanı sərhədindəki keçid məntəqələrində quraşdırılıb”, -  deyə Xaçatryan qeyd edib.

Mənbə: Ermənistan KİV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
Mənbələr
Şərh ()
Bağla